“Xor sinfi-2” fənnindən “Azərbaycan xalq mahnısı “Çal,oyna” bədii ifa üzərində iş” mövzusunda açıq dərs

24 fevral 2026-cı il tarixində “Musiqi fənləri” kafedrasının müəllimi  Günay Tağıyevanın  “Xor sinfi-2” fənnindən “Azərbaycan xalq mahnısı “Çal,oyna”. Xor üçün işləyəni M.Əsgərov. Bədii ifa üzərində iş.” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə II kurs tələbələri ilə laborator məşğələ şəklində  keçirdiyi açıq dərsi dinlənildi. Açıq dərsdə Gəncə Dövlət Universiteti PHŞ-in “Pedaqoji” fakültəsinin dekanı dos. Zaur Hüseynzadə, “Musiqi

Daha ətraflı

“Dərsin idarə olunması və planlaşdırılması ilə bağlı olan əsas məsələlər” mövzusunda  təlim keçirildi

“Musiqi fənləri” kafedrasında  mütəmadi təlimlərin keçirilməsi akademik heyətin peşə-ixtisas səriştəsinin artırılmasına, eyni zamanda müəllimlərdə təlimçi bacarığının formalaşmasına əlverişli şərait yaradır.  “Dərsin idarə olunması və planlaşdırılması ilə bağlı olan əsas məsələlər” mövzusunda keçirilən təlimdə kafedranın baş müəllimi Sevinc  Rüstəmova  elmi-pedaqoji ədəbiyyatın təhlili əsasında mövzunu ətraflı işıqlandırdı, təlimin mövzusuna uyğun olaraq ardıcıllıqla slaydlar təqdim olundu. Təlimin sonunda

Daha ətraflı

“Sosial Psixologiyanın metodoloji və metodiki məsələləri” mövzusunda açıq dərs

Psixologiya kafedrasının baş müəllimi  Leyla Ağa qızı Həsənovanın  “Sosial psixologiya” fənnindən   “Sosial Psixologiyanın metodoloji və metodiki məsələləri” mövzusunda Psixologiya ixtisasının 1 ci  kurs tələbələri ilə açıq dərsi keçirilmişdir. Dərsdə Psixologiya kafedrasının müdiri dos.Z.Cavadova, dekan müavini İ.Haqverdiyev, həmin kafedranin müəllimləri b/m Arzu Bağırzadə, b/m Telli Cabbarova m.Mirvari Rəhimova, m. Aygün Mirzəyev, m.Rəna Nuriyeva iştirak edirdilər.

Təhsildə rəqəmsal texnologiyaların tətbiqi genişləndirilir

“Musiqi fənləri” kafedrasında davamlı olaraq təlimlərin keçirilməsi peşəkar kadr hazırlığına, yüksək keyfiyyətli tədrisin təşkilinə xidmət edir. Kafedranın baş müəllimi Səidə Həsənovanın  “Rəqəmsal səriştələrin artırılmasının əhəmiyyəti və yolları” mövzusunda keçirdiyi təlimdə maraqlı slaydların nümayişi ilə təcrübi əhəmiyyətə malik məsələlər geniş şərh olundu. “Musiqi fənləri” kafedrasının müdiri, professor Sevda Qurbanəliyeva, baş müəllim Mehriban Hacıyeva, müəllim Səma Məhərrəmova,

Daha ətraflı

Səhər gimnastikası

Bədən tərbiyəsi və idman kafedrasının təşkilşatçılığı və Pedaqoji fakültənin tələbələrinin içtirakı ilə “5 Mart” Bədən tərbiyəsi və idman gününə həsr edilmiş “səhər gimnastikası” keçirilib. Cəmiyyətin ümumi sağlamlıq mədəniyyətini, insanlar arasındsa ünsiyyət və əməkdaşlığı güclündirən səhər gimnastikası eyni zamanda da kollektiv dəyər daşıyır.

“Musiqi fənləri” kafedrasında növbəti təlim uğurla keçirildi

“Musiqi fənləri” kafedrasında “Dərsin mövzusunun təhlili haqqında” adlı təlim keçirilib. Təlimçi  kafedranın baş müəllimi Leyla Nəbiyeva dərsin mövzusunun hərtərəfli təhlilinin, fənnin təlim nəticələrinin, dərsdə istifadə edəcək ənənəvi və müasir təlim metodlarının, qiymətləndirmə meyarlarının mövzuya uyğun müəyyənləşdirilməsinin əhəmiyyəti və yollarından söz açıb.  Təlimin gedişində təlimçi şərh etdiyi məsələləri ixtisasına uyğun olaraq dirijorluq fənni ilə əlaqələndirərək təcrübi

Daha ətraflı

Növbəti təlim keçirildi

“Musiqi fənləri” kafedrasının iş planına əsasən kafedrada təlimlərin keçirilməsi davam edir.  “Qloballaşan dünyada milli mədəni irsin qorunması və təbliği məsələləri” mövzusunda keçirilən təlim  müəllim və tələbələrin maarifləndirici fəaliyyətinin gücləndirilməsinə istiqamətləndirilmişdir. Təlimçi  “Musiqi fənləri” kafedrasının baş müəllimi Gültəkin Məhərrəmova elmi və təcrübi əhəmiyyətə malik təkliflərlə çıxış etdi, kafedra üzvlərinin suallarını ətraflı cavablandırdı. Diskussiya şəklində keçirilən təlimdə

Daha ətraflı

Məktəbəqədər təhsil ixtisasının IV kurs tələbələri üçün tədris təcrübəsi mərhələsi başlamışdır

Məktəbəqədər təhsil ixtisasının IV kurs tələbələri üçün Gəncə şəhəri 3 saylı körpələr evi-uşaq bağçasında tədris təcrübəsi mərhələsi başlamışdır. Təcrübənin əsas məqsədi tələbələrin nəzəri biliklərini praktik fəaliyyətlə əlaqələndirmək, peşəkar bacarıqlarını inkişaf etdirmək və gələcək pedaqoji fəaliyyətə hazırlığını gücləndirməkdir.Tələbələrə uğurlu və səmərəli təcrübə dövrü arzulayırıq.

Yaz semestrinin başlanması ilə əlaqədar kafedranin növbəti iclası

Gəncə Dövlət Universiteti Publik Hüquqi Şəxs “Fiziki tərbiyə, çağıraqədərki hazırlıq və mülki müdafiə” kafedrasında növbəti iclas kecirildi. Gündəlik məsələ: 1.2020/2026-cı tədris ilinin yaz semestrinə aid fənn tapşırıqlarının müzakirəsi və təsdiqi. 2.GDU Elmi Şürasının təsdiqlədiyi “Mühazirə və seminar dərslərinin, mətn və icmalların hazırlanması, təlim və tədris qaydalarına əsaslanaraq mühazirə, seminar və labarator dərslərin mətinlərinin müvafiq qaydalarda

Daha ətraflı

Tədris təcrübəsi uğurla başlandı

Gəncə Dövlət Universitetinin pedaqoji fakültəsinin “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbələrinin tədris təcrübəsi Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə mütəşəkkil başlanılmışdır. Məktəb müdiriyyəti, Universitetin “Musiqi fənləri” kafedrasının müdiri, professor S.Qurbanəliyeva, metodist müəllimlər S.Həsənova və A.Abdullayevanın təcrübəçi tələbələrlə keçirdikləri görüşdə tədris təcrübəsinin məqsədi, təşkili və qiymətləndirilməsi qaydaları ilə bağlı ətraflı məlumatlar

Daha ətraflı