“Musiqi fənləri” kafedrasında “Dərsin mövzusunun təhlili haqqında” adlı təlim keçirilib.
Təlimçi kafedranın baş müəllimi Leyla Nəbiyeva dərsin mövzusunun hərtərəfli təhlilinin, fənnin təlim nəticələrinin, dərsdə istifadə edəcək ənənəvi və müasir təlim metodlarının, qiymətləndirmə meyarlarının mövzuya uyğun müəyyənləşdirilməsinin əhəmiyyəti və yollarından söz açıb.
Təlimin gedişində təlimçi şərh etdiyi məsələləri ixtisasına uyğun olaraq dirijorluq fənni ilə əlaqələndirərək təcrübi əhəmiyyətə malik təklifləri əyani təqdim edib.
Təlimdə “Musiqi fənləri” kafedrasının əməkdaşları, “Musiqi müəllimliyi” ixtisası üzrə pedaqoji fakültənin tələbələri, “Musiqi fənninin tədrisi metodikası və metodologiyası” ixtisaslaşması üzrə magistrlər iştirak ediblər.



