“Xor sinfi-2” fənnindən “Azərbaycan xalq mahnısı “Çal,oyna” bədii ifa üzərində iş” mövzusunda açıq dərs

24 fevral 2026-cı il tarixində “Musiqi fənləri” kafedrasının müəllimi  Günay Tağıyevanın  “Xor sinfi-2” fənnindən “Azərbaycan xalq mahnısı “Çal,oyna”. Xor üçün işləyəni M.Əsgərov. Bədii ifa üzərində iş.” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə II kurs tələbələri ilə laborator məşğələ şəklində  keçirdiyi açıq dərsi dinlənildi.

Açıq dərsdə Gəncə Dövlət Universiteti PHŞ-in “Pedaqoji” fakültəsinin dekanı dos. Zaur Hüseynzadə, “Musiqi fənləri” kafedrasının müdiri, professor Sevda Qurbanəliyeva, GDU-nun Təhlükəsizlik Xidmətinin rəisi Xaqani  Umudov, baş müəllimlər Gültəkin Məhərrəmova, Sevinc Rüstəmova,  müəllimlər Aləmzər Abdullayeva, Şövkət Bayramova, Səma Məhərrəmova iştirak etdilər.