“Dərsin idarə olunması və planlaşdırılması ilə bağlı olan əsas məsələlər” mövzusunda  təlim keçirildi

“Musiqi fənləri” kafedrasında  mütəmadi təlimlərin keçirilməsi akademik heyətin peşə-ixtisas səriştəsinin artırılmasına, eyni zamanda müəllimlərdə təlimçi bacarığının formalaşmasına əlverişli şərait yaradır.

 “Dərsin idarə olunması və planlaşdırılması ilə bağlı olan əsas məsələlər” mövzusunda keçirilən təlimdə kafedranın baş müəllimi Sevinc  Rüstəmova  elmi-pedaqoji ədəbiyyatın təhlili əsasında mövzunu ətraflı işıqlandırdı, təlimin mövzusuna uyğun olaraq ardıcıllıqla slaydlar təqdim olundu.

Təlimin sonunda kafedra müdiri, professor Sevda Qurbanəliyeva, baş müəllim Mehriban Hacıyeva, müəllim Günay Tağıyeva,  magistr Sona Həsənova  çıxış edərək zəngin məzmunlu təlim üçün Sevinc müəlliməyə minnətdarlıqlarını bildirərək, mövzu ilə bağlı fikir və təcrübələri ilə bölüşdülər.