“Musiqi fənləri” kafedrasında davamlı olaraq təlimlərin keçirilməsi peşəkar kadr hazırlığına, yüksək keyfiyyətli tədrisin təşkilinə xidmət edir.
Kafedranın baş müəllimi Səidə Həsənovanın “Rəqəmsal səriştələrin artırılmasının əhəmiyyəti və yolları” mövzusunda keçirdiyi təlimdə maraqlı slaydların nümayişi ilə təcrübi əhəmiyyətə malik məsələlər geniş şərh olundu.
“Musiqi fənləri” kafedrasının müdiri, professor Sevda Qurbanəliyeva, baş müəllim Mehriban Hacıyeva, müəllim Səma Məhərrəmova, magistr Fidan Qurbanova mövzu ətrafında çıxış edərək təlimin olduqca aktual mövzuda təşkilini və mövzunun maraqlı şərhini qeyd etdilər.



