Tələbə Elmi Cəmiyyətinin və Psixologiya kafedrasının birgə əməkdaşlığı ilə “Psixi sağlamlığın insan həyatına təsiri” və “İntihara (suisidə) qalib gəlməyin yolları” mövzusunda elmi seminar keçirilmişdir.

Tələbə Elmi Cəmiyyətinin və Psixologiya kafedrasının birgə əməkdaşlığı ilə “Psixi sağlamlığın insan həyatına təsiri” və “İntihara (suisidə) qalib gəlməyin yolları” mövzularında elmi seminar keçirilmişdir.Seminarın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Seminarda Pedaqoji fakültənin dekanı dos. Zaur Hüseynzadə, dekan müavini İlqar Haqverdiyev , Psixologiya kafedrasının müdiri dos. Zümrüd Cavadova və fəxri professor Cəfər İbrahimov çıxış edərək mözvunun günümüzdəki aktuallığı haqqında danışmış və bu istiqamətdə aparılan araşdırmalar və edilən psixoloji yardımlar haqqında məlumat vermişdirlər.Seminarın davamında Pedaqoji fakültənin Tələbə Elmi Cəmiyyətinin rəhbər müəllimi Telli Cabbarova “Psixi sağlamlığın insan həyatına təsiri və yaranma səbəbləri” haqqında danışmışdır. Daha sonra Pedaqoji fakültəsinin Təhsildə sosial-psixoloji xidmət ixtisasının II kurs tələbələri Məlikova Tahirə və Rüstəmova Xumar “Psixi sağlamlığın insan həyatına təsiri”, “İntihara (suisidə) qalib gəlməyin yolları” mözusunda apardıqları araşdırmaları müəllim və tələbələrə məruzə etmişdirlər. Tədbirin davamında tələbə və müəllimlər arasında mövzu ətrafında müzakirələr aparılmışdır.