“Təhsildə Sosial Psixoloji Xidmət” ixtisasının tələbələri SOS Uşaq Kəndində praktik-seminar məşğələsində

Gəncə Dövlət Universiteti ilə SOS uşaq kəndi arasında bağlanmış iki tərəfli əməkdaşlıq müqavilələrinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tövsiyyələri əsasında hazırlanmış “Fəaliyyət istiqamətlərinin” VI bəndinin 3-cü hissəsində nəzərdə  tutulan  Sosial iş, Psixologiya, TSPX ixtisaslarının II və III kurs tələbələri ali məktəbdə aldığı nəzəri bilikləri möhkəmləndirmək və sonrakı fəaliyyətdə təmin etmək məqsədilə Gəncə Dövlət Universitetinin 21.09.2023 –cü il tarixli 5/234 saylı əmrinə əsasən praktik- seminar dərsləri həmin müəssisədə təşkil olunmuşdur. 17.10.2023 –cü il tarixində TSPX ixtisasının III kurs tələbələri “Sosial psixologiyada şəxsiyyət problemi” mövzusunda seminar dərsində  Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, istehsalat təcrübəsinin rəhbəri Aygün Məhəmmədi, Psixologiya kafedarasının müəllimi Elvira İsayeva və III kurs tələbələri iştirak edirdi.

Dərsdə mövzu ilə əlaqədar olaraq fənn müəllimi Elvira İsayeva tələbələrə ətraflı məlumat verdi. Tələbələrin hazırladıqları slayd materilları mövzunu tam əhatə edirdi.

Tədbirin sonunda xatirə şəklləri çəkildi.