“Kimyəvi silah və onun xarakteristikası. Kimyəvi zədələnmə ocağında ilk tibbi yardım” mövzusunda açıq dərs keçirildi

05.04.2022-ci il tarixində Pedaqoji fakültənin Fiziki tərbiyə ixtisasının I kursunda b/m İradə Əsgərovanın “Kimyəvi silah və onun xarakteristikası. Kimyəvi zədələnmə ocağında ilk tibbi yardım” mövzusunda açıq dərsi (seminar məşğələsi) keçirildi. Müəllimə dərsdə slayddan və əyani vasitələrdən istifadə etdi. Dərsdə Pedaqoji fakültənin dekanı dos.B.Apoyev, kafedra müdiri dos.N.Nəbiyev, b/m F.Hüseynov, b/m İ.İbrahimova iştrak etdilər.