26 İYUN – AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏR GÜNÜ

25.06.2018-ci il tarixində Gəncə Dövlət Universitetin 2-ci tədris binasının akt zalında “26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü” münasibətilə tədbir keçirildi. Universitetin Humanitar mesələlər üzrə prorektoru dos. G.Fətəliyeva tədbiri giriş sözü ilə açaraq  Azərbaycan Milli Ordusunun yaradılması haqda danışdı. Pedaqoji fakültənin dekanı dos. B.Apoyevin “Ey ana yurdumun igid əsgəri”şeiri öz ifasında tədbir iştrakçılarının sürəkli alqışları ilə  qarşılandı. Digər çıxışlarda iştrakçıların marağına səbəb oldu. Sonda Musiqi ixtisasının tələbələri öz ifaları ilə çıxış etdilər.