BİLİK GÜNÜ

Respublikamızın bütün təhsil müəssisələrində olduğu kimi Gəncə Dövlət Universitetində də  Bilik gününün həyəcanı yaşanıb.

Gəncə Dövlət Universitetinin ikinci tədris korpusunda keçirilən tədbirdə ali təhsil müəssisəsinin rektoru  professor Yusif Yusibov, universitetin professor -müəllim heyəti, tələbələr, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Universitetin rektoru prof. Yusif Yusibov açıq elan etmişdir. Rektor öz çıxışında universitetə yeni qəbul olan tələbələri təbrik etmiş, onlara uğurlar arzulamışdır. Tələbələri təbrikə Elm və innovasiyalar üzrə prorektor dosent Pərvin Kərimzadə, Humanitar məsələlər  üzrə prorektor dosent Gülsüm  Fətəliyeva, Pedaqoji fakültənin dekanı dosent Bayram Apoyev, rektorun baş müşaviri dosent Asif Cavadov qoşulmuşdur.

Pedaqoji fakültənin dekanı dos. Bayram Apoyevdə çıxış edərək tələbələrə uğurlar arzu etmiş və öz şeiri ilə tələbələri təbrik etmişdir.

Sonda rektor Yusif Yusibov ən yüksək balla universitetə qəbul olunan tələbələri  təbrik edib, onlara uğurlar arzulayıb, hədiyyələr verib.