Açıq dərs – dos. Tamilla Məmmədova

11.10.2017-ci il tarixdə Təhsilin pedaqogikası və metodikası kafedrasının dosenti Tamilla Məmmədovanın “Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları” fənnindən “kortej anlayışı, çoxluqların Dekart hasili və xassələri” mövzusunda açıq dərsi keçirildi. Mühazirəni müxtəlif interaktiv təlim metodlarından istifadə etməklə təşkil edən müəllim mövzunun mahiyyətini geniş və aydın şərh etdi, beləliklə, məqsədə nail ola bildi. Açıq dərsdə fakültə dekanı dos. B. Apoyev, kafedra müdiri dos. A.Quliyev və kafedranın bir qrup müəllimi iştirak edirdi. Dərs müzakirə edildi və “əla” qiymətləndirildi.