Beynəlxalq Müəllimlər Günü!

Gəncə Dövlət Universitetində Beynəlxalq Müəllimlər Günü münasibəti ilə  həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin şərəfinə bayram tədbiri keçirilib.

Tədbiri açan universitetin rektoru, professor Yusif Yusibov 5 Oktyabr – Ümumdünya Müəllimlər Günü münasibətilə universitetin pedaqoji heyətini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Tərbirdə fakültənin iki əməkdaşı – Musiqi fənlər kafedrasının baş müəllimi Nüşabə Seyfullayeva və Fiziki tərbiyə, çağırışaqədərki hərbi hazırlıq və mülki müdafiə kafedrasının baş müəllimi Vaqif Qocayev “Fəxri fərman”la təltif edildilər. Fakültənin Bədən tərbiyəi və idman kafedrasının müdiri- İlham Ağayevə rektorluğun “Təşəkkür”ü elan edildi. Fakültənin iki əməkdaşına ( Ümumi pedaqogika kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Lamiə Nağıyeva; Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi Mətanət Rzayeva) universitetin Azad Həmkərlar İttifaqı Komitəsinin pul mükafatı təqdim olundu.

Təhsilin pedaqogikası və metodikası kafedrasının qocaman müəllimi Elmira Həsənova “Fəxri fərmanla” təltif edildi və təntənəli şəkildə təqaüdə göndərildi.

Fakültənin bütün professor- müəllim heyətini “Beynəlxalq Müəllim günü” münasibəti ilə təbrik edir, onlara uzun ömr, can sağlığı, şərəfli işlərində yeni- yeni uğurlar arzulayırıq.