Açıq dərs- müəllim Səidə Nəsibova

13.04.2017-ci il tarixində “Təhsilin pedaqogikası və metodikası” kafedrasının müəllimi Səidə Nəsibovanın “Fiziki tərbiyyə və çağırışaqədər hazırılıq müəllimliyi”  ixtisasının I kursunda Pedaqogika fənnindən “Tərbiyənin məzmunu və tərbiyə işinin formaları” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə fakültə dekanı dos. B. Apoyev, dekan müavini İ.Haqverdiyev, rektorluğun nümayəndəsi dos.C.İbrahimov, “Təhsilin pedaqogikası və metodikası” kafedrasının müdiri dos.A.Quliyev, həmin kafedranın əməkdaşları iştirak edirdi. Dərsdə müəllim müxtəlif təlim üsulları və vasitələrindən istifadə edərək məqsədinə nail ola bildi. Dərs ” yaxşı” qiymətləndirildi.