Təhsilin pedaqogikası və metodikası kafedrasının p.ü.f.d., baş müəllim Günay Kazımova “II. Uluslararası Plevne Kahramanı Gazi Osman Paşa ve Dönemi Sempozyumu” nda

Universitetimizin əməkdaşı Təhsilin pedaqogikası və metodikası kafedrasının p.ü.f. d., baş müəllim Günay Kazımova 5-7 aprel 2017 tarixində Türkiyə Cümhuriyyətinin Tokat şəhərində Gazi Osman Paşa Universitetində təşkil olunmuş “II. Uluslararası Plevne Kahramanı Gazi Osman Paşa ve Dönemi Sempozyumu” nda məruzə ilə çıxış etmişdir. Simpozyumun açılış mərasimində Tokat Valisi Cevdet Can, Tokat Millət vəkilleri Prof. Dr. Celil Göçer, Kadim Durmaz, Tokat Bələdiyyə Başkanı Av. Eyüp Eroğlu, Cumhuriyet Başsavcı Vekili İlyas Ay, Gazi Osman Paşa Universitetinin rektoru Prof. Dr. Mustafa Şahin, İstanbul Universitetinin rektoru Prof. Dr. Mahmut Ak, Gümüşhane Üniversiteti rektoru Prof. Dr. Halil İbrahim Zeybek, Atatürk Araştırma Mərkəzi Başkanı Prof. Dr. Mehmet Ali Beyhan, Niksar Bələdiyyə Başkanı Özdilek Özcan, Universitetin müəllim-tələbə heyəti və 45 nəfərə yaxın ölkədaxili və ölkəxarici məruzəçilər iştirak etmişdir. Simpozyumda iştirak etmək üçün 11 nəfərdən ibarət Rusiya, Sanl-Peterburq, Dağıstan, Azərbaycan Universitetlərinin əməkdaşları dəvət almışlar. Dəvət almış xarici qonaqlar Tokat şəhərində çox səmimi, hörmət və diqqətlə qarşılanmış, onların simpozyumda iştirakları üçün əlverişli şərait yardılmışdır. Universitetin əməkdaşı p.ü.f.d, baş müəllim Günay Kazimova öz çıxışında ilk öncə Azərbaycan Respublikası Gəncə şəhəri, Gəncə Dövlət Universitetinin rektoru Prof. Yusif Yusibovun salamlarını simpozyum iştirakçılarına və Gazi Osman Paşa Universitetinin rektoru Prof. Dr. Mustafa Şahin Düzenleme Kurulu Başkanı Prof. Dr. Mustafa ÇOLAK  və Sempozyum Sekretaryası Yrd. Doç. Dr. Murat HANİLÇE çatdırmış, “ Yabancı gözüylə Gazi Osman Paşa Dönemi” məruzəsi dinlənilmiş və maraqla qarşılanmışdır. Məruzənin sonunda əməkdaşımız uğurlu çıxışına görə Sertifikatla təltif olunmuşdur. Daha sonra Simpozyum iştirakçıları Tokat Gənclik Mərkəzində Ahmet Yenilmezin təqdimatında “Plevne Kahramanı Gazi Osman Paşa” adlı monoloqunu dinləmiş və böyük təəsuratlarla ayrıldıqlarını, eyni zamanda onlara göstərilən diqqət və qayğıya görə simpozyumun icra heyətinə Assoc. Prof. Dr. İsmet Türkmen, Asst. Prof. Dr. Kemal İbrahimzadə və elmi heyyətə öz minnətdarlıqlarını bildirmişlər. Simpozyum Şəhər turu gəzməklə uğurla yekunlaşmışdır.