Category Archives: Kateqoriyasız

Xocalı soyqırımı! Qan yaddaşımız!

“Ümumilikdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı ağlasığmaz qəddarlığı və qeyri insani cəa üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım eyni zamanda , bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.” Ümummilli Lider Heydər Əliyev 24 fevral 2025 ci il tarixində Pedaqoji fakültə və Fizika və texniki fənlər fakültələrinin Xocalı faciəsi haqqında birgə tədbiri keçirildi.

Tələbələrin nəzəri bilikləri pedaqoji təcrübə ilə praktikada tətbiq olunur.

Pedaqoji fakültənin Fiziki tərbiyə və çağırışa qədərki hazırlıq və Məşqçilik ixtisasının 4 cü kurs tələbələri də pedaqoji təcrübəyə başlayıblar. Fiziki tərbiyə və çağırışa qədərki hazırlıq ixtisasının tələbələri 28 nömrəli tam orta məktəbdə Məşqçilik ixtisasının tələbələri isə Gəncə İdman Liseyində təcrübə keçəcəklər. Təcrübələrə Universitetimizin peşəkar müəllimləri rəhbərlik edir. Hər bir tələbənin öz ixtisasına uyğun bacarıqlara yiyələnməsi

Daha ətraflı

Tələbələrimiz tədris təcrübələrinə başlayıb

Gəncə Dövlət Universiteti PHŞ-in “Pedaqoji” fakültəsinin “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbələri Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbdə tədris təcrübəsində böyük həvəslə iştirak edirlər.Tədris təcrübəsinin səmərəli təşkili üçün Universitetin “Təcrübə və karyera” şöbəsi, “Musiqi fənləri” kafedrasının professor-müəllim heyəti, İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin müdiriyyəti və müəllimləri tərəfindən təcrübəçi tələbələrə

Daha ətraflı

Elmi seminar

Gəncə Dövlət Universiteti Publik Hüquqi Şəxsin “Pedaqoji” fakültəsinin tabeçiliyində fəaliyyət göstərən “Musiqi fənləri” kafedrasında 19 fevral 2025-ci il tarixində növbəti elmi seminar keçirilmişdir. Seminarı giriş sözü ilə açan kafedranın müdiri, sənətşünaslıq doktoru, professor Sevda Qurbanəliyeva çıxış edərək qeyd etdi ki, elmi seminarların kafedra iclasında təsdiq olunmuş qrafik əsasında mütəmadi keçirilməsi elmin təhsilə inteqrasiyasına, təhsilin tələbəyönümlü

Daha ətraflı

Pedaqoji təcrübə

17 fevral 2025 ci il tarixindən Pedaqoji fakültənin Məktəbəqədər təhsil ixtisasının IV kurs tələbələri pedaqoji təcrübəyə başlayıblar. Pedaqoji təcrübə 3 saylı uşaq bağçasında keçirilir. Bağça rəhbərliyi tərəfindən tələbələrə yüksək səviyyədə şərait yaradılıb.

Pedaqoji təcrübə

17.02.2025 ci il tarixindən Pedaqoji fakültənin Təhsildə sosial-psixoloji xidmət və Psixologiya ixtisasının IV kurs tələbələri “Loqos” psixoloji nitq mərkəzi və “Narınc” psixoloji nitq mərkəzində pedaqoji təcrübəyə başlamışdır.

Yaz semestri

17 fevral 2025 ci il tarixindən Pedaqoji fakültədə də 2024-2025 ci tədris ilinin yaz semestri başlamışdır. Bütün tələbələr tədris semestrinə yaxşı əhval ruhiyyə ilə başladılar.

İdman yarışlarına start verildi

12 fevral 2025 ci il tarixində Gəncə Dövlət Universitetinin İdman Klubunun təşkilatçılığı ilə 5 mart Bədən tərbiyə və idman işçilərinin peşə bayramına həsr olunmuş yarışların açılış mərasimi keçirilib. Yarış Universitetin əməkdaşları arasında keçirilir. Yarışlar beş növ üzrə – tennis , atıcılıq , nərd , dama və şahmat keçiriləcək. Yarışın ilk günündə nərd və tennis üzrə

Daha ətraflı

2 fevral Gənclər günü

“2 Fevral Gənclər günü” münasibətilə Təhsildə və ictimai işlərdə fərqləndiyinə görə Pedaqoji fakültənin Məşqçilik 4 kurs tələbəsi Hüseynov Amin və Məşqçilik 3 kurs tələbəsi Əliyeva Gülşən fəxri fərmanla təltif edilib. Tələbələrimizi təbrik edirik və gələcəkdə daha da uğurlu olmaqlarını arzulayırıq.