Elmi seminar

Gəncə Dövlət Universiteti Publik Hüquqi Şəxsin “Pedaqoji” fakültəsinin tabeçiliyində fəaliyyət göstərən “Musiqi fənləri” kafedrasında 19 fevral 2025-ci il tarixində növbəti elmi seminar keçirilmişdir. Seminarı giriş sözü ilə açan kafedranın müdiri, sənətşünaslıq doktoru, professor Sevda Qurbanəliyeva çıxış edərək qeyd etdi ki, elmi seminarların kafedra iclasında təsdiq olunmuş qrafik əsasında mütəmadi keçirilməsi elmin təhsilə inteqrasiyasına, təhsilin tələbəyönümlü təşkilinə xidmət edir. Seminarda kafedranın baş müəllimi Mehriban Hacıyeva “Azərbaycan bəstəkarlarının fortepiano pyeslərindən məktəblilərin musiqi tərbiyəsində istifadənin əhəmiyyəti və yolları” mövzusunda elmi məruzə ilə çıxış etmiş, “Musiqi müəllimliyi” ixtisası üzrə tələbələrin ifasında musiqi nümunələri təqdim olunmuş, seminar iştirakçılarının sualları cavablandırılmışdır.