İdman yarışlarına start verildi

12 fevral 2025 ci il tarixində Gəncə Dövlət Universitetinin İdman Klubunun təşkilatçılığı ilə 5 mart Bədən tərbiyə və idman işçilərinin peşə bayramına həsr olunmuş yarışların açılış mərasimi keçirilib. Yarış Universitetin əməkdaşları arasında keçirilir. Yarışlar beş növ üzrə – tennis , atıcılıq , nərd , dama və şahmat keçiriləcək. Yarışın ilk günündə nərd və tennis üzrə oyunlar keçirildi. Yarışların bağlanış mərasimi 5 mart Bədən tərbiyə və idman işçilərinin peşə bayramı gününə nəzərdə tutulub. Qaliblərə müxtəlif mükafatlar təqdim olunacaq.