Tələbələrimiz tədris təcrübələrinə başlayıb

Gəncə Dövlət Universiteti PHŞ-in “Pedaqoji” fakültəsinin “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbələri Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbdə tədris təcrübəsində böyük həvəslə iştirak edirlər.Tədris təcrübəsinin səmərəli təşkili üçün Universitetin “Təcrübə və karyera” şöbəsi, “Musiqi fənləri” kafedrasının professor-müəllim heyəti, İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin müdiriyyəti və müəllimləri tərəfindən təcrübəçi tələbələrə lazımi köməklik göstərilir.