Pedaqoji fakültənin Fiziki tərbiyə və çağırışa qədərki hazırlıq və Məşqçilik ixtisasının 4 cü kurs tələbələri də pedaqoji təcrübəyə başlayıblar. Fiziki tərbiyə və çağırışa qədərki hazırlıq ixtisasının tələbələri 28 nömrəli tam orta məktəbdə Məşqçilik ixtisasının tələbələri isə Gəncə İdman Liseyində təcrübə keçəcəklər. Təcrübələrə Universitetimizin peşəkar müəllimləri rəhbərlik edir. Hər bir tələbənin öz ixtisasına uyğun bacarıqlara yiyələnməsi üçün ən yüksək səviyyədə şərait yaradılıb.







