Author Archives: Pedaqoji

Məktəbəqədər təlim və tərbiyə ixtisasının IV kurs tələbələri “Təfəkkür” uşaq bağcasında

23.11.2022-ci il tarixində Məktəbəqədər təlim və tərbiyə ixtisasının IV kurs tələbələri Pedaqoji təcrübəyə hazırlıq məqsədilə Gəncə şəhərində yerləşən “Təfəkkür” uşaq bağcasında olmuşdular. Təhsilin pedaqogikası və metodikası kafedrasının baş müəllimi Ş.Binnətova ilə birgə məşğələlərdə iştrak edib, müşahidələr aparmışlar. Məşğələlər dinlənilmiş və təhlillər aparılmışdır. Uşaq bağcasının rəhbərliyi tərəfindən məşğələlərin dinlənilməsi üçün zəruri şərait yaradılmışdır. Tələbələrimiz körpələrlə xoş

Daha ətraflı

“Voleybol-topun oyuna daxil edilməsi” mövzusunda açıq dərs keçirildi

28.11.2022-ci il tarixində Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi Mətanət Rzayevanın Məktəbəqədər təhsil ixtisasının III kursunda “Uşaq bağçasında fiziki tərbiyə” fənnindən “Voleybol-topun oyuna daxil edilməsi” mövzusunda açıq dərsi keçirildi. Dərsdə dekan dos. Z.Hüseynzadə, dekan müavini İ.Haqverdiyev, kafedra müdiri Ş.Qazaxova, b/m A.Məmmədova, b/m T.Əliyev.

Psixoloq, pedaqoq və təhsil işçilərinin inkişaf forumu keçirilmişdir

26 noyabr 2022-ci ildə Gəncə şəhəri Heydər Əliyev Mərkəzində Gəncə disleksiya mərkəzi və GDU-nun Psixologiya kafedrasının birgə əməkdaşlığı ilə “Psixoloq, pedaqoq və təhsil işçilərinin inkişaf forumu” keçirilmişdir. Forumda mərkəz Bakıdan, eləcə də Türkiyədən dəvət olunan təlimçilər biri-birindən maraqlı və aktual mövzularla çıxış etmişlər. Keçirilmiş forumda Psixologiya kafedrasının əməkdaşları, eləcə də Pedaqoji fakültənin “Psixologiya” və “Təhsildə

Daha ətraflı

“LOQOS Psixoloji və Nitq İnkişaf Mərkəzi”ndə sosial-psixoloji mövzularla bağlı təlim keçirilmişdir

25 noyabr 2022-ci ildə GDU-nun Psixologiya kafedrasının təşəbbüsü ilə Pedaqoji fakültənin “Psixologiya” və “Təhsildə sosial-psixoloji xidmət” ixtisaslarının tələbələrinin iştrakı ilə “LOQOS Psixoloji və Nitq İnkişaf Mərkəzi”ndə sosial-psixoloji mövzularla bağlı təlim keçirilmişdir. Keçirilən təlim tələbə gənclərimizin böyük marağına səbəb olmuş, nəticə olaraq fəal tələbələrimiz sözü gedən mərkəzdə işləmək üçün dəvətlər də almışlar.

“Psixoanalizdə hipnoz və təlqin problemləri” mövzusunda açıq dərs keçirildi

25.11.2022-ci il tarixində Psixologiya kafedrasının baş müəllimi Pərvanə MəmmədovanınTSPX III kursunda Psixoanaliz fənninin “Psixoanalizdə hipnoz və fərqin problemləri” mövzusunda açıq dərsi keçirildi. Dərsdə dekan müavini İ.Haqverdiyev, Psixologiya kafedrasının müdüri dos.Z.Cavadova, dos.Z.Nəsrullayeva, b/m İ.Məmmədov, b/m A.Babayeva, müəl. H.Verdiyeva, b/lab S.Qurbanova iştak etdilər.

“Fövqalədə halların nəticələrinin aradan qaldırılması, bərpa işlərinin növləri, mərhələləri. Cəlb olunan qüvvə və vasitələr” mövzusunda açıq dərs keçirildi

24.11.2022-ci il tarixdə Pedaqoji fakültənin “Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və mülki müdafiə” kafedrasının müəllimi Ələkbərova Zülfiyyə Bəxtiyar qızının Mülki müdafiə fənnindən “Məşqçilik” ixtisasının I kursunda açıq dərsi keçirildi. Açıq dərsdə Pedaqoji fakültənin dekanı dos. Z.Hüseynzadə, KTM-ın nümayəndəsi Şirinova Leyla, kafedra müdiri dos.N.Nəbiyev, kafedranın b/m F.Hüseynov, müəl. N.Babayeva və müəl. S.Əmiraslanova istrak etdilər. Açıq dərsin mövzusu

Daha ətraflı

“Azərbaycan mədəniyyətində və incəsənətində multikulturalizm” mövzusunda açıq dərs keçirilmişdir

23 noyabr 2022-ci il tarixdə müəllim Sədrəddin Əliyevin Musiqi müəllimliyi ixtisasının III kursunda “Multikulturalizmə giriş” fənnində “Azərbaycan mədəniyyətində və incəsənətində multikulturalizm” mövzusunda açıq dərsi keçirilmişdir. Dərsdə kafedra müdiri Cavid Bağırzadə, baş müəllim Azim Mahmudov , müəllim Aytən İsayeva , müəllim Şəhriyar Quliyev iştrak etmişdilər.

“PSİXOLOGİYA” İXTİSASININ TƏLƏBƏLƏRİ GƏNCƏ SOS UŞAQ KƏNDİNDƏ PRAKTİK-SEMİNAR MƏŞĞƏLƏSİNDƏ

 Gəncə Dövlət Universiteti ilə SOS Uşaq Kəndi arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqaviləsinə əsasən praktik-seminar məşğələlər uğurla davam etdirilir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tövsiyyələrinə əsasən I və III kurs tələbələri ali məktəbdə aldıqları nəzəri bilikləri möhkəmləndirmək və sonrakı fəaliyyətlərində tətbiq etmək məqsədilə mütəmadi olaraq Gəncə SOS Uşaq Kəndində praktik-seminar dərslər təşkil olunur. Növbəti “Psixi sağlamlıq” mövzusunda

Daha ətraflı

“Əsas musiqi aləti-3” fənnindən “Etüd və pyeslər üzərində iş” mövzusunda açıq dərs

16 noyabr 2022-ci il taixində “Musiqi fənləri” kfedrasının baş müəllimi Mehriban Şövkət qızı Hacıyevanın “Əsas musiqi aləti-3” fənnindən “Etüd və pyeslər üzərində iş” mövzusunda Pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Zeynəb Mehdi qızı Kərimli ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.