Xocalı faciəsi

26 fevral 2024 cür il tarixində Pedaqoji fakültədə Xocalı soyqırımının qurbalarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Müəllimlər ilk dərslərdə Xocalı soyqırımı haqda məlumat verdilər. Universitetin humanitar məsələləri üzrə prorektoru Gülsüm Fətəliyeva və fakültə dekanı Zaur Hüseynzadə tələbələrlə görüşüb bu faciə haqqında danışdı və xalqımızın Ali Baş Komandanı İlham Əliyevin başçılığı altında bu qanın qisasını aldığı haqda , torpaqlarımızın işğaldan azad olunması haqqında danışdılar. Prezidentimizin Xocalıda haqq-ədaləti bərpa etdiyini və tezliklə həmvətənlərimizin doğma yurdlarına qayıdacağını bildirdilər.