Pedaqoji fakültədə tədrisin elektron idarə edilməsi

Gəncə Dövlət Universiteti
İnformasiya resurslarının formalaşması şöbəsi
Azərbaycan Respublikasında təhsil sistemində aparılan islahatlarla bağlı ən aktual məsələlərdən biri də İKT və müasir informasiya vasitələrinin tətbiqi ilə təhsilin idarə olunmasının təkmilləşdirilməsidir.
Gəncə Dövlət Universitetində Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi, təhsil sistemində idarəetmənin informasiyalaşdırılması məqsədi ilə EDUMAN proqram təminatının tətbiqinə başlanılmışdır. 16 fevral 2024-cü il tarixdən etibarən Gəncə Dövlət Universitetində rektor Yusif Yusibovun müvafiq əmrinə əsasən seçilmiş ixtisaslarda tədrisin təşkili elektron formada həyata keçirilir. EduMan sistemində universitetdə çalışan bütün əməkdaşlar və tələbələrə aid elektron məlumat bazası yaradılmış, şəxsi kabinetlər formalaşdırılmış, ixtisaslara aid tədris planları və sillabuslar sistemə daxil edilmiş, fənn üzrə qruplar yaradılmış, elektron cədvəllər tərtib olunaraq, elektron jurnallar aktivləşdirilirmişdir. Tədrisin elektron idarə edilməsində iştirak edən professor-müəllim heyəti üçün təlimlər təşkil olunmuş, təlimatlar hazırlanaraq universitetin internet saytına yerləşdirilmişdir. Pedaqoji fakültədə Məktəbəqədər təhsil ixtisası seçilib, bu ixtisasın I-III kurslarında dərslər cədvələ uyğun olaraq elektron idarəetmə ilə həyata keçirilir. E-jurnal vaxtında aktivləşdirilir və zəruri qeydiyyat aparılır.