“Muğamların öyrənilməsi tarixi” mövzusunda açıq dərs

26 fevral 2024-cü il tarixində “Musiqi fənləri” kafedrasının müdiri, professor Sevda Firuddin qızı Qurbanəliyevanın “AMTMEF-Azərbaycan muğamı” fənnindən “Muğamların öyrənilməsi tarixi” mövzusunda magistratura şöbəsinin “Musiqi müəllimliyi” ixtisası üzrə I kurs tələbələri ilə mühazirə şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir. Açıq dərsdə “Musiqi fənləri” kafedrasının müəllimi, s.ü.f.d., dos. İ.Abdurəhmanova, baş müəllimlər L.Rəfibəyli, L.Nəbiyeva iştirak etdilər.