PEDAQOJİ FAKÜLTƏDƏ MONİTORİNQ KEÇİRİLDİ

2018/2019-cu tədris ilinin II yarsında Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri dos.Allahverdi Quliyevin rəhbərliyi ilə Pedaqoji fakültədə Monitorinq keçirildi. Nəticələr fakültə dekanı dos. B.Apoyev ilə müzakirə edilərək müvafiq tövsiyələr verildi. Ümumiyyətlə monitorinqin nəticələri müsbət qiymətlədirildi.

AÇIQ DƏRS – B/M FİKRƏT HÜSEYNOV

          26.02.2019-cu il tarixdə  Riyaziyyat müəllimliyi ixtisasının III kursunda  Fiziki tərbiyə,çağirişaqədərki hazirliq və mülki müdafiə kafedrasının baş müəllimi Fikrət Hüseynovun  “Fövqəladə halların təsnifatı” mövzusunda  açıq dərsi keçirildi. Dərsdə rektorluğun səlahiyyətli nümayəndəsi dos.C.İbrahimov, Riyaziyyat-informatika fakültəsinin dekan müavini dos. R.Məmmədov, kafedranın müdiri prof. Ə.Məmmədov, dos.əv. V.Qocayev, b/m M.Məmmədova, b/l Z.Ələkbərova iştirak edirdilər. Dərs

Daha ətraflı

AÇIQ DƏRS – MÜƏL. ZEMFİRA MƏMMƏDOVA

25.02.2019-cu il tarixində “Müsiqi fənləri” kafedrasının  müəllimi Zemfira Məmmədovanın  “Dirijorluq və onun tədrisi metodikası” fənnindən “Dirijorluqda əllərin funksiyası. İri həcmli əsər üzərində iş” mövzusunda  açıq dərsi keçirildi. Açıq dərsdə rektorluğun salahiyyətli nümayəndəsi dos. C.İbrahimov, “Musiqi fənləri” kafedrasının müdiri prof. S.Qurbanəliyeva, b/m N.Seyfullayeva, b/m S.Həsənova, b/m G.Məhərrəmova, müəl. S.İbrahimova  iştirak  etdilər.

“XOCALI FACİƏSİ”NİN ANIM GÜNÜ

  22.02.2019-cu il tarixində Tələbə Gənclər Təşkilatının dəstəyi ilə Pedaqoji fakultədə “Xocalı faciəsi”nin il dönümü ilə bağlı tədbir praqramı təşkil edildi…Əvvəlcə Qətliamda şəhid düşmüş həmvətənlərimizin ruhu 1 dəqiqəlik sukutla yad edildi…Dekanımız Hörmətli Apoyev Bayram müəllim tələbələrə Xocalı faciəsi haqqında məlumat verib tədbirimizi açıq elan etdi…Sonra isə söz Psixologiya kafedra müdiri Cavadova Zümrüd müəlliməyə verildi…Sonra isə

Daha ətraflı

YENİ BİR QƏLƏBƏMİZ

15-17 fevral 2019- cu il tarixində Şağan Olimpiya İdman Kompleksində kikboksinq üzrə Azərbaycan Kikboksinq Federasiyasının 25- ci ölkə birinciliyi və eyni zamanda qadınlar arasında çempionatın rəsmi Azərbaycan birinciliyi başa çatıb. Bu yarışda Azərbaycanın müxtəlif bölgələrindən 51 klub öz gücünü sınayıb. 300- dən çox idmançının iştirak etdiyi yarışda 86 kiloqram çəki kateqoriyasında mübarizəyə qoşulan Pedaqoji fakültənin

Daha ətraflı

ELMİ ŞURA

  21.02.2019-cu il tarixdə Pedaqoji fakültə Elmi Şurası keçirilmişdir. Elmi Şurada aşağıdakı məsələlər müzakirə olunmuşdur: Buraxılış işlərinin icra vəziyyəti – Kafedra müdirləri. Akademik borcların ödənilməsinin təşkili – Tyutorlar M.Məmmədova, N.Kərimova. Dövlət imtahanı fənlərinin müzakirəsi və təsdiqi – Tədrisin təşkili və texnologiyaları üzrə dekan müavini İ.Haqverdiyev. Müsabiqə üzrə müəllim seçkisi – Elmi katib. Cari məsələ.

ELMİ ŞURA

  13.02.2019-cu il tarixdə Pedaqoji fakültə Elmi Şurası keçirilmişdir. Elmi Şurada aşağıdakı məsələlər müzakirə olunmuşdur: Tədris ilinin I yarısının yekunları və qarşıda duran vəzifələr – Dos. B.F.Apoyev. Tədris ilinin II yarısı üçün həvəsləndirici təqaüdlərin təsdiqi. Fakültə Elmi Şürasının 2018-2019-cu tədris ilinin II yarsı üçün iş planının təsdiqi – Elmi katib. Psixologiya kafedrasında  boş olan müdir

Daha ətraflı

AZƏRBAYCANDA İNKLÜZİV TƏHSİLİN GENİŞLƏNDİRİLMƏSİ LAYİHƏSİ

  Heydər Əliyev Fondunun UNİSEF və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq əsasında Bakı şəhəri, Quba, Şəki, Şamaxı, Ağcabədi və Cəlilabad rayonlarından seçilmiş 18 müəllim üçün “təlimçilərin təlimi” keçirilib. Bu təlimdə Gəncə Dövlət Universitetini 4

Daha ətraflı

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ 2 FEVRAL – GƏNCLƏR GÜNÜ QEYD OLUNUB

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, tədbirdə çıxış edən rektor, professor Yusif Yusibov 2 Fevral – Gənclər Gününün respublikamızda təntənə ilə qeyd olunmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət-gənclər siyasətinin əsasının qoyulduğunu vurğulayıb. Qeyd olunub ki, Ulu Öndərin prezidentliyi dövründə ölkə

Daha ətraflı

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN REKTORU PROFESSOR YUSİF YUSİBOVUN DAHA BİR HUMANİST ADDIMI

Gəncə Dövlət Universitetində 2018-2019-cu tədris ilinin payız semestri imtahanlarında iştirak edən tələbələr üçün rektor prof. Y.Yusibov güzəştlər tətbiq etdi. Birincisi, yazılı və şifahi imtahanlarda iştirak etmiş, lakin 16 bal toplayaraq minimum həddi, yəni lazım olan 17 balı yığa bilməyən tələbələrin imtahan nəticələrinə 1 bal əlavə olunması haqqında universitetin rektoru, professor Yusif Yusibov tərəfindən göstəriş verilib.

Daha ətraflı