YENİ BİR QƏLƏBƏMİZ

15-17 fevral 2019- cu il tarixində Şağan Olimpiya İdman Kompleksində kikboksinq üzrə Azərbaycan Kikboksinq Federasiyasının 25- ci ölkə birinciliyi və eyni zamanda qadınlar arasında çempionatın rəsmi Azərbaycan birinciliyi başa çatıb. Bu yarışda Azərbaycanın müxtəlif bölgələrindən 51 klub öz gücünü sınayıb. 300- dən çox idmançının iştirak etdiyi yarışda 86 kiloqram çəki kateqoriyasında mübarizəyə qoşulan Pedaqoji fakültənin Psixologiya ixtisasının I kurs tələbəsi Qələmi Rəcəbovun döyüşü daha çox yaddaqalan olub. Beləki, Q.Rəcəbov ilk qarşılaşmasında rəqibini 1-ci raundun 39-cu saniyəsində nakauta salaraq görüşü vaxtından əvvəl başa vurub.Q.Rəcəbov yalnız finalda məğlub olaraq gümüş medala sahib olub.

Rəcəbov Qələmi Elçin oğlunu təbrik edirik  və gələcək yarışlarında uğurlar arzu eirik.