Category Archives: Kateqoriyasız

“Mənəvi əxlaqi tərbiyənin üsul və vasitələri” mövzusunda açıq dərs keçirilmişdir.

09.10.2023-cü il tarixində Təhsilin pedaqogikası və metodikası kafedrasının müəllimi İsgəndərova Rəfiqə Əmirxan qızının Məktəbəqədər təhsil ixtisasının 3-cü kursunda “Məktəbəqədər yaşlı uşaqların mənəvi tərbiyəsi” fənnindən “Mənəvi əxlaqi tərbiyənin üsul və vasitələri” mövzusunda açıq dərsi dinlənildi. Dərsdə Pedaqoji fakültənin dekanı dossent Hüseynzadə Zaur və Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri dossent Allahverdi Quliyev iştirak etdilər.

Elmi Şura

20 Sentyabr 2023-cü il tarixində Pedaqoji fakültədə Elmi Şura keçirildi. Elmi Şurada aşağıdakı məsələlər müzakirə olunmuşdur:  2023-2024-cü tədris ilinin yekunları və qarşıda duran vəzifələr ( dos. Z.Hüseynzadə ) Tədris ilinin I yarısı üçün həvəsləndirici təqaüdlərin təsdiqi ( dekan müavini İ.Haqverdiyev) Dərslərin təşkili vəziyyəti və təkmilləşdirilməsi yolları ( dekan müavin İ.Haqverdiyev ) Müsabiqə üzrə müəllim seçkisi

Daha ətraflı

“İntonasiya məşğələləri. L.Dadaşova. Solfecio, №74. A.Əliyev. Solfecio. I hissə, №82. Eşitmə vasitəsilə təyin etmək” mövzusunda  açıq dərs dinlənilmişdir

17 aprel 2023-cü il tarixində “Musiqi fənləri” kafedrasının  baş müəllimi Sevinc İlham qızı Rüstəmovanın  “Solfecio-1” fənnindən “İntonasiya məşğələləri. L.Dadaşova. Solfecio, №74. A.Əliyev. Solfecio. I hissə, №82. Eşitmə vasitəsilə təyin etmək”  mövzusunda  pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə I kurs tələbələri ilə  laborator məşğələ şəklində  keçirdiyi açıq dərsi dinlənilmişdir.

Loqos Psixologiya Mərkəzinin Gəncə filialənda təcrübə proqramı uğurla başa çatdı

Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin Psixologiya ixtisasının IV kurs tələbələrinin Loqos Psixologiya Mərkəzinin Gəncə filialənda təcrübə proqramı uğurla başa çatdı. Yekun olaraq təcrübədə fəal iştrak edən universitet tələbələrinə Mərkəzin Gəncə filialında “Fəxri fərman”lar təqdim edilib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb, həmçinin 4 nəfər tələbəni işlə təmin edcəkləri söylənildi.

“Polifonik əsər, etüd və pyes üzərində iş” mövzusunda açıq dərs dinlənilmişdir

2023-cü il 27 mart tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi Gültəkin Sabir qızı Məhərrəmovanın “Əsas musiqi aləti-4” fənnindən “Polifonik əsər, etüd və pyes üzərində iş” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Türkan Fazil qızı Qədimova ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.

Başın sağ olsun Türkiyə

Qardaş Türkiyə Respublikasında çoxlu sayda insan tələfatına səbəb olan Zəlzələdə dünyasını dəyişən qardaş-bacılarımıza Allahdan rəhmət diləyirik. Zəlzələdə xəsarət alanlara şəfa və tezliklə sağalmalarını Allahdan arzu edirik. Qardaş ölkədə dünyasını dəyişənlərin əzizlərinə və qardaş ölkəyə baş sağlığı veririk.

“Ağırlıq qaldırma və fitnes” fənnindən qabiliyyət imtahanı keçirildi

12.01.2023-cü il tarixində “Ağırlıq qaldırma və fitnes” fənnindən Məşqçilik ixtisasının III kurs tələbələri qabiliyyət imtahanında iştirak etdilər.  İmtahan universitetin fitnes zalında təşkil olunub. İmtahan üçün hər cür şərait var və tələbələr maraqla imtahanda iştirak etdilər. İmtahanın təşkilində və idman qurğularının müasir avadanlıqlarla  təchiz edilməsində universitet rəhbərliyinə tələbələr adından çox sağ ol deyirik.

“Musiqi fənləri” kafedrasında TEC xətti ilə “Fikrət Əmirovun musiqi dünyası” mövzusunda tələbə elmi-praktik konfransı keçirilmişdir

09 dekabr 2022-ci il tarixində “Musiqi fənləri” kafedrasında TEC xətti ilə “Fikrət Əmirovun musiqi dünyası” mövzusunda tələbə elmi-praktik konfransı keçirilmişdir.Konfransda “Musiqi müəllimliyi” ixtisası üzrə tələbələrin F.Əmirovun yaradıcılığına həsr olunmuş mövzularda elmi məruzələri dinlənilmiş, slaydlar nümayiş etdirilmiş, bəstəkarın müxtəlif janrlarda bəstələdiyi əsərlər tələbələrin ifasında səsləndirilmişdir.Gəncə Dövlət Universitetinin “Gəncə SOS Uşaq kəndi” ilə əməkdaşlığının nəticəsi olaraq, “Musiqi

Daha ətraflı