“Şəxsiyyətin davranış və fəaliyyətinin psixoloji xüsusiyyəti” mövzusunda açıq dərs

10.05.2024-cü il tarixdə Psixologiya kafedrasının müəllimi Verdiyeva Hicran Etibar qızının Psixologiya 1 kurs tələbələri ilə Ümumi psixologiya 2 fənnindən “Şəxsiyyətin davranış və fəaliyyətinin psixoloji xüsusiyyəti” mövzusunda açıq dərsi dinlənildi. Dərsdə fakültə dekanı dos. Z.Hüseynzadə , dekan müavini b/m İ.Haqverdiyev , Psixologiya kafedrasının müdiri dos. Z.Cavadova , müəllim A.Bağırzadə və başqaları iştirak edirdilər.