“Fiziki tərbiyə və idmanın sağlamlıq üzərindəki təsiri” mövzusunda sınaq dərs

04.03.2025- il tarixində Magistrant Məmmədov Nemət Azər oğlunun Pedaqoji fakültənin Bakalavriat səviyyəsinin 050106 Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının III kursunda Fiziki tərbiyənin təşkili və idarə olunması fənnindən “Fiziki tərbiyə və idmanın sağlamlıq üzərindəki təsiri” mövzusunda (muhazirə) sınaq dərsi dinlənilmişdir. Dərs prosesində Dövlətimizin yürütdüyü Təhsil və İdman siyasətinin prioritetləri, Azərbaycan reallığında gənclərə göstərilən xüsusi qayğı, Azərbaycan idmanın dünyada tanıdılması kimi məsələlərə tələbələrin münasibəti və fəal mövqe nümayiş etdirimələri diqqəti çəkmişdir.Dərsdə Pedaqoji fakültənin dekan müavini baş müəllim İlqar Haqverdiyev, Təhsilin pedaqogikası və metodikası kafedrasının dossenti Ziyafət Bayramova və fənn müəllimi baş müəllim Tofiq Əliyev iştirak edirdi.