05.03.2025-ci il tarixində Gəncə Dövlət Universitetinin İdman Klubunun təşkilatçılığı ilə 5 Mart beynəlxalq idman günü münasibəti ilə tədbir keçirildi. Tədbirdə Universitetin rektoru professor Yusif Yusibov , ümumi işlər üzrə prorektor Samir müəllim , fakültə dekanları , professor-müəllim heyəti və tələbələr iştirak edib. Əvvəlcə ayrı-ayrı idman növləri üzrə nümunəvi çıxışlara, eləcə də GDU-nun İdman Klubunun respublika və beynəlxalq idman yarışlarında qazandığı kubok, medal, Diplom və Fəxri fərmanlardan ibarət sərgiyə baxış keçirilib. Sonra Azərbaycan Respublikasının dövlət Himni ilə səsləndi və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra rektor professor Yusif Yusibov çıxış etdi və idmançıları təbrik etdi. Dövlətin ümummilli lider Heydər Əliyev və Azərbaycan prezidenti İlham Əliyevin başçılığı ilə idmana göstərdiyi qayğı və dəstəyin nəticəsində Azərbaycanın beynəlxalq arenada qazandığı uğurlar haqqında video çarx nümayiş olundu. İdman Klubunun rəhbəri Xəqani Umudov çıxış etdi. Daha sonra Pedaqoji fakültənin tələbəsi Universitet rəhbərliyinin idmana göstərdiyi qayğı və diqqət – bunun nəticəsində qazanılmış uğurlar haqqında çıxış etdi və foto-təqdimat iştirakçılara təqdim olundu. İdman və bədən tərbiyəsi sahəsində nailiyyətlər göstərən və 5 mart idman gününə həsr olunmuş müəllimlər arasında keçirilmiş yarışların qaliblərinə fəxri fərmanlar təqdim olundu. Sonda xatirə şəkli çəkildi.
























