04 mart 2025-ci il tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi Mehriban Şövkət qızı Hacıyevanın “Musiqi dinlənilməsi üzrə məktəb repertuarı” seçmə fənnindən “Ümumtəhsil məktəblərinin II siniflərinə dair musiqi dinlənilməsi bölməsindən əsərlərin üzdən (notdan) ifası. Annotasiyaların tərtibi” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Aytəkin Kamaləddin qızı Nəzərəliyeva ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir. Açıq dərsdə “Musiqi fənləri” kafedrasının müdiri, professor S.Qurbanəliyeva, baş müəllimlər S.Həsənova, L.Rəfibəyli, S.Şabanova, müəllim G.Tağıyeva, “Musiqi müəllimliyi” ixtisası magistratura təhsil səviyyəsinin II kurs tələbəsi-təcrübəçi Türkan Cavadova iştirak etdilər.



