İndiki qeyri-müəyyən zaman və indiki davamedici zaman formalarını fərqləndirən xüsusiyyətlər mövzusunda açıq dərs

27 noyabr 2024-cü il tarixində Praktik Xarici dillər kafedrasının baş müəllimi Aynur Bəşirovanın Pedaqoji fakültənin İbtidai sinif müəllimliyi ixtisasının I kurs tələbələri ilə Xarici dildə İşgüzar və Akademik Kommunikasiya fənnindən “İngilis dilində indiki qeyri-müəyyən zaman və indiki davamedici zaman formalarını fərqləndirən xüsusiyyətlər” mövzusunda açıq dərsi dinlənildi. Dərs prosesində eyni zamanda nitqin inkişafı məqsədilə Azərbaycan filmləri haqqında söhbət təşkil edildi. Dərsdə fakültə dekanı dos. Zaur Huseynzadə, dekan müavini b.m İlqar Haqverdiyev, Praktik Xarici dillər kafedrasının əməkdaşları b.m Səbinə Cəfərova, müəllimlər Aysel Nuriyeva, Elzane Musayeva iştirak etdilər.