“MUSİQİ SƏNƏTİ VƏ YAŞIL GƏLƏCƏK”

“Musiqi fənləri” kafedrasında “Musiqi sənəti və Yaşıl gələcək” adlı elmi-ifaçılıq konfransı iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Konfransın işində Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva iştirak etdi.Konfransda giriş sözü ilə çıxış edən “Musiqi fənləri” kafedrasının müdiri, sənətşünaslıq doktoru, professor Sevda Qurbanəliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ölkəmizin uğurlu ev sahibliyini vurğulayaraq, tədbirin əhəmiyyətini qeyd etdi.Konfransda “Musiqi fənləri” kafedrasının baş müəllimləri Səidə Həsənova və Sevinc Rüstəmovanın elmi məruzələri dinlənildi və kafedranın müəllimləri Şövkət Bayramova, Ülviyyə Quliyeva, Feride Məmmədova, Əli Əliyev, “Pedaqoji” fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə tələbələri Töyfə Abduləliyeva, Cənanə İslamova, Rafiq Hüseynov, Fidan Balakişiyeva, Rəvanə Kazımova, Səfa Mənəfova, Nərmin Əlizadə, Fatimə Həmidovanın ifasında təbiəti tərənnüm edən musiqi əsərləri ifa olundu, müvafiq slaydlar nümayiş etdirildi.Tədbirin sonunda Universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva çıxış edərək “Musiqi sənəti və Yaşıl gələcək” mövzusunda elmi-ifaçılıq konfransının yüksək səviyyədə keçirilməsi ilə əlaqədar konfrans iştirakçılarını təbrik etdi.