“Musiqi fənləri” kafedrasında elmi seminar

Elmi seminarı giriş sözü ilə açan “Musiqi fənləri” kafedrasının müdiri professor S.F.Qurbanəliyeva çıxış edərək qeyd etdi ki, kafedrada elmi seminarlar kafedra iclasında təsdiq olunmuş qrafik əsasında keçirilir. Növbəti elmi seminar “Q.Hüseynlinin mahnı yaradıcılığı və məktəblilərin musiqi tərbiyəsində ondan istifadə” mövzusunda təşkil edilmişdir.Elmi seminarda “Musiqi fənləri” kafedrasının baş müəllimi Lalə Rəfibəyli “Q.Hüseynlinin mahnı yaradıcılığı və məktəblilərin musiqi tərbiyəsində ondan istifadə” mövzuda çıxış etmiş, kafedranın professor-müəllim və “Musiqi müəllimliyi” ixtisası üzrə pedaqoji fakültənin tələbələrinin ifasında Q.Hüseynlinin mahnıları ifa olunmuşdur.Tədbirin sonunda Gəncə SOS Uşaq Kəndinin Uşaq xorunun ifasında Q.Hüseynlinin ən məşhur “Cücələrim” uşaq mahnısının ifası iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır. “Pedaqoji” fakültənin dekanı dos. Z.Hüseynzadə tərəfindən uşaqlara xatirə hədiyyələri təqdim edilmişdir.