“Proqramın bədii ifası üzərində iş” mövzusunda açıq ders

22 dekabr 2023-cü il tarixində “Musiqi fənləri” kafedrasının müəllimi Səma Bəşir qızı Məhərrəmovanın “Dirijorluq-3” fənnindən “Proqramın bədii ifası üzərində iş” mövzusunda  pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi Məryəm Şirzad qızı Namazova ilə fərdi məşğələ şəklində  keçirdiyi açıq dərsi dinlənilmişdir.

Açıq dərsdə iştirak etdilər: Gəncə Dövlət Universitetinin “Riyazi analiz” kafedrasının dosenti Tahir Məmmədov, “Musiqi fənləri” kafedrasının müdiri, Əməkdar müəllim, sənətşünaslıq elmləri doktoru, professor Sevda Qurbanəliyeva; baş müəllim Səidə Həsənova, müəllimlər Şövkət Bayramova, Ülviyyə Quliyeva, Feride Məmmədova.