Görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun 90 illik yubileyi Gəncə Dövlət Universitetinin “Pedaqoji” fakültəsinin “Musiqi fənləri” kafedrasında qeyd olundu

22 dekabr 2023-cü il tarixində Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasının müəllimləri və  “Pedaqoji” fakültəsinin “Musiqi müəllimliyi” ixtisası üzrə tələbələrinin iştirakı ilə görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun 90 illik yubileyinə həsr olunmuş mühazirə-konsert keçirildi.

Tədbiri giriş sözü ilə “Musiqi fənləri” kafedrasının müdiri professor S.Qurbanəliyeva açaraq Arif Məlikovun yaradıcılıq irsinin mühüm əhəmiyyətini qeyd etdi.

Tədbirdə “Musiqi müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Səma Musayeva elmi məruzə ilə çıxış etdi, aşağıdakı konsert proqramı təqdim edildi.

 “Güllərim”. Sözləri Nəbi Xəzrinindir.İfa edir: “Gəncəm” vokal  qrupu və “Şur” instrumental ansamblı. Bədii rəhbərlər: “Musiqi fənləri” kafedrasının müəllimləri Şövkət Bayramova, Elxan Kərimov, konsertmeyster: Əli Əliyev.
 “Məhəbbət əfsanəsi” baletindən “Noktürn”. Tar üçün işləyəni: Əvəz Rəhmətov.Tarda ifa edir: “Musiqi fənləri” kafedrasının müəllimi Əli Əliyev. Fortepianoda müşayiət edir: “Musiqi fənləri” kafedrasının müəllimi Ülviyyə Quliyeva.
 “Üç prelüd” silsiləsindən Prelüd №1Fortepianoda ifa edir: “Musiqi müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Aqilə  Nağıyeva. “Əsas musiqi aləti” fənnindən müəllimi Nərgiz Haqverdiyeva.  
 “Üç prelüd” silsiləsindən Prelüd № 2Fortepianoda ifa edir: “Musiqi müəllimliyi” ixtisası üzrə I kurs tələbəsi Ayşən Qafarova. “Əsas musiqi aləti” fənnindən müəllim Nərgiz Haqverdiyeva.
 “Üç prelüd” silsiləsindən Prelüd № 3Fortepianoda ifa edir: “Musiqi müəllimliyi” ixtisası üzrə I kurs tələbəsi İlahə Namazova. “Əsas musiqi aləti” fənnindən müəllimi Qəsirə Məmmədova.
 “Məhəbbət əfsanəsi” baletindən “Türk qızlarının rəqsi”nin fortepiano işləməsi.İfa edir: “Musiqi müəllimliyi” ixtisası üzrə I kurs tələbəsi  Cənanə İslamova.  “Əsas musiqi aləti” fənnindən müəllimi Səidə Həsənova.
 “Üç vals”Fortepianoda ifa edir: “Musiqi müəllimliyi” ixtisası üzrə I kurs tələbəsi Ruqiyyə Babayeva. “Əsas musiqi aləti” fənnindən müəllimi Qəsirə Məmmədova.
 “Skertso”.Fortepianoda ifa edir: “Musiqi müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Səbinə Zeynalova. “Əsas musiqi aləti” fənnindən müəllimi Gültəkin Məhərrəmova.
 “İki qəlbin dastanı” baletindən “Komdenin xəyalları”.  Fortepianoda ifa edir: “Musiqi müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Aytəkin Nəzərəliyeva. “Əsas musiqi aləti” fənnindən müəllimi Mehriban Hacıyeva.

Konsertin sonunda “Pedaqoji” fakültənin dekanı dosent Z.Hüseynzadə çıxış edərək tələbələri uğurlu konsert çıxışları ilə təbrik etdi və onlara yeni-yeni yaradıcılıq uğurları arzuladı.