Tələbələrin Elmi tədqiqat işlərinin yekun konfransı

21 dekabr 2023-cü il tarixində  Gəncə Dövlət Universitetinin “Pedaqoji” fakültəsinin “Musiqi müəllimliyi” ixtisası üzrə tələbələrinin 2023-cü ildə TEC xətti ilə “Musiqi fənləri” kafedrasında yerinə yetirdikləri elmi tədqiqat işlərinin yekun konfransı keçirildi.

Tədbirdə “Pedaqoji” fakültənin dekanı dos. Z.Hüseynzadə, pedaqoji fakültənin tabeçiliyində fəaliyyət göstərən “Psixologiya” kafedrasının müdiri                 dos. Z.Cavadova,  “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq və Mülki müdafiə  kafedrasının müdiri dos. N.Nəbiyev , “Bədən tərbiyəsi və idman” kafedrasının müdir əvəzi baş müəllim Urfan Cabbarov iştirak etdi.

Tədbiri giriş sözü ilə açan “Musiqi fənləri” kafedrasının müdiri prof.S.Qurbanəliyeva tələbələri elmi sahədəki uğurlu fəaliyyətləri münasibəti ilə təbrik etdi, onlara yeni yaradıcılıq uğurları arzuladı.

“Musiqi müəllimliyi” ixtisası üzrə 9 nəfər tələbə (IV kurs tələbələri Fidan Əhmədova, rəhbər müəllim s.ü.e.d., prof. S.Qurbanəliyeva; Nərminə Xəlilova, rəhbər müəllim F.Məmmədova; Aysu Abbasova, rəhbər müəllim baş müəllim G.Məhərrəmova; Ülviyyə Həsənova, rəhbər müəllim baş müəllim L.Nəbiyeva;            III kurs tələbələri Türkan Rəhimova, rəhbər müəllim s.ü.f.d., baş müəllim S.Rüstəmova; Leyla Abdullayeva, rəhbər müəllim p.ü.f.d., baş müəllim R.Məmədova; Səma Musayeva, rəhbər müəllim S.Məhərrəmova; II kurs tələbələri Fidan Balakişiyeva, rəhbər müəllim baş müəllim S.Həsənova; Aytəkin Nəzərəliyeva, rəhbər müəllim baş müəllim L.Rəfibəyli) aktual mövzularda hazırladıqları elmi tədqiqat işlərinin nəticələrini təqdim etdilər.

Çıxışların sonunda “Psixologiya” kafedrasının müdiri  dos. Z.Cavadova çıxış edərək tələbələrin yerinə yetirdikləri elmi tədqiqat işlərinin nəticələrinin müasir dövrdə şifahi prezentasiyaya qoyulan tələblərə uyğun təqdimatını, müvafiq slaydların nümayişini, sonda müzakirələrin aparılmasını yüksək qiymətləndirdi. Tədbirin sonunda elmi məruzə ilə çıxış edən tələbələrə GDU-nun Tələbə Elmi Cəmiyyətinin rəhbəri Lalə Ələkbərova tərəfindən “Sertifikat”lar təqdim olundu.