Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş elmi-nəzəri seminar

20 dekabr 2023-cü il tarixində Təhsilin pedaqogikası və metodikası kafedrasında Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş elmi-nəzəri seminar təşkil olundu. Seminarda Universitetin humanitar məsələləri üzrə prorektoru Gülsüm Fətəliyeva, Pedaqoji fakültənin dekanı Zaur Hüseynzadə, Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri Allahverdi Quliyev, Psixologiya kafedrasının müdiri Zümrüd Cavadova , Təhsilin pedaqogikası və metodikası kafedrasının bütün əməkdaşları və tələbələr iştirak edirdilər. Tədbir Azərbaycan respublikasının Dövlət Himni ilə başladı . Daha sonra ULU öndərin və şəhidlərin ruhu 1 dəqiqəlik sükütla yad edildi. Kafedranın 12 dekabr Heydər Əliyeviv büstünü ziyarətinə aid videorolik izlənildi. Daha sonra tələbələr Dahi şəxsiyyət Heydər Əliyev haqqında hazırladıqları şerləri söylədilər.

İştirakçılar Ümummilli lider haqında çıxışlar etdilər, və Heydər Əliyev haqqında videorolik izlənildi. Ulu öndərin xatirəsinə hazırlanmış güşədyə gül dəstələri qoyuldu. Sonda xatirə şəkli çəkildi.