“İnstrumental müşayiət. Eşitmə vasitəsilə müşayiət etmək. Üzdən (notdan) oxu. Ansambl” mövzusunda açıq dərs

17 noyabr 2023-cü il tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi Nərgiz Əli qızı Haqverdiyevanın “Konsertmeyster sinfi və ansambl” fənnindən “İnstrumental müşayiət. Eşitmə vasitəsilə müşayiət etmək. Üzdən (notdan) oxu. Ansambl” mövzusunda pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Səma Mahir qızı Musayeva ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir. Açıq dərsdə iştirak etdilər: “Musiqi fənləri” kafedrasının müdiri, Əməkdar müəllim, sənətşünaslıq elmləri doktoru, professor Sevda Qurbanəliyeva; baş müəllimlər: Səidə Həsənova, Qəsirə Məmmədova, Sevil Şabanova, müəllimlər Əli Əliyev, Feride Məmmədova.