“LOQOS Psixoloji və Nitq İnkişaf Mərkəzi”ndə sosial-psixoloji mövzularla bağlı təlim keçirilmişdir

25 noyabr 2022-ci ildə GDU-nun Psixologiya kafedrasının təşəbbüsü ilə Pedaqoji fakültənin “Psixologiya” və “Təhsildə sosial-psixoloji xidmət” ixtisaslarının tələbələrinin iştrakı ilə “LOQOS Psixoloji və Nitq İnkişaf Mərkəzi”ndə sosial-psixoloji mövzularla bağlı təlim keçirilmişdir. Keçirilən təlim tələbə gənclərimizin böyük marağına səbəb olmuş, nəticə olaraq fəal tələbələrimiz sözü gedən mərkəzdə işləmək üçün dəvətlər də almışlar.