Psixoloq, pedaqoq və təhsil işçilərinin inkişaf forumu keçirilmişdir

26 noyabr 2022-ci ildə Gəncə şəhəri Heydər Əliyev Mərkəzində Gəncə disleksiya mərkəzi və GDU-nun Psixologiya kafedrasının birgə əməkdaşlığı ilə “Psixoloq, pedaqoq və təhsil işçilərinin inkişaf forumu” keçirilmişdir.

Forumda mərkəz Bakıdan, eləcə də Türkiyədən dəvət olunan təlimçilər biri-birindən maraqlı və aktual mövzularla çıxış etmişlər.

Keçirilmiş forumda Psixologiya kafedrasının əməkdaşları, eləcə də Pedaqoji fakültənin “Psixologiya” və “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının tələbələrinin iştrakı təmin olunmuşdur. Forum iştrakçılar tərəfindən maraq və rəğbətlə qarşılanmış və gələcəkdə də belə forumların, tədbirlərin, təlimlərin keçirilməsi arzusunda olduqlarını bildirmişlər.