ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 96-CI İL DÖNÜMÜNƏ HƏSR OLUNMUŞ ELMİ SEMİNAR KEÇİRİLMİŞDİR

01.05.2019-cu il tarixində Pedaqoji fakültə TEC-nin təşkilatçılığı ilə Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş “Narsizm və özünəvurğunluq psixoloji fenomen kimi” mövzusunda elmi seminar keçirilmişdir. Elmi seminarı giriş sözü ilə açan fakültə dekanı dosent Bayram Apoyev seminar iştrakçılarına uğurlar arzuladı. Psixologiya kafedrasının müdiri dosent Zümrüd Cavadova və fakültə TEC-nin sədri b/m Telli Cabbarovanın təbrik çıxışından sonra söz seminarı hazırlayan tələbələrə verildi. Fakültənin Təhsildə sosial psixoloji xidmət ixtisasının II kurs tələbələri Adilə Həmidova və Röyalə Hüseynova müxtəlif slaydlardan və testlərdən istifadə edərək mövzunun mahiyyətini tam aydınlığı ilə iştrakçıların diqqətinə çatdıra bildilər. Sonda hər iki tələbə “Fəxri Fərman” ilə təltif edildi.