2 SAYLI UŞAQ BAĞÇASINDA SEMİNAR MƏŞĞƏLƏ KEÇİRİLDİ

IMG-20181019-WA0003

19.10.2018-ci ildə GDU-nun Psixologiya kafedrasının təşəbbüsü ilə Məktəbəqədər təlim və tərbiyə ixtisası II-III kurs tələbələrinin iştrakı ilə Gəncə şəhər 2 saylı uşaq bağçasında “İnkişafetdirici təlimin psixoloji və pedaqoji əsasları” mövzusunda seminar məşğələ keçirilmişdir.

Məqsəd məktəbəqədər təhsil müəssisələrində inkişafetdirici təlim prosesinin təşkilində verilən tələblərə düzgün əməl olunması hər bir uşağın təlim prosesində fəal iştrakının təmin edilməsi, müasir məktəbəqədər təhsilin keyfiyyətinin təşkilindən, həmçinin uşaqların yaş və fərdi xüsusiyyətləri nəzərə alınmaqla (meyl və maraqlarını, bacarıq və vərdişlərini, hiss və duyğularını, təfəkkürünü) inkişaf etdirməkdən ibarət olmuşdur. Habelə, keçirilən seminar məşğələ uşaqların və tərbiyəçi müəllimlərin də böyük marağına səbəb olmuşdur.

Yaratdıqları şəraitə görə 2 saylı uşaq bağçasının rəhbərliyinə və kollektivinə dərin minnatdarılğımızı bildiririk.