PROFESSOR YUSİF YUSİBOV “AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏXRİ DİPLOMU” İLƏ TƏLTİF EDİLMİŞDİR

YYusibov

 

27 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  sərəncamı ilə Azərbaycan respublikasında təhsilin inkişafındakı  xidmətlərinə görə universitetimizin hörmətli rektoru prof.Y.Yusibov  “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir. Bu təltif təkcə rektorumuzun deyil Gəncə Dövlət Universitetinin bütün kollektivinin,o cümlədən fakultəmizin çoxsaylı  professor –müəllim heyətinin əməyinə verilən yüksək qiymətidir. Buna görə möhtərəm cənab Prezidentimizə fakultənin  professor – müəllim heyəti və tələbə kollektivi adından dərin minnətdarlığımızı bildiririk.  Hörmətli rektorumuz prof.Y.Yusibovu bu təltif münasibətilə təbrik edir, ona yeni uğurlar arzulayırıq.