DOSENT CƏFƏR İBRAHİMOVUN İCTİMAİYYƏT ÜÇÜN AÇIQ DƏRSİ

 

21.11.2017-ci il tarixdə pedaqoji fakultənin təşkilatçılığı ilə Psixologiya kafedrasının dosenti C.İbrahimovun “Müasir dövrdə yeni pedaqoji təfəkkür və onun yaranmasını şərtləndirən amillər” mövzusunda ictimaiyyət üçün açıq dərs keçirilmişdir.

Dərsdə GDU-nun prorektoru dos. G.Fətəliyeva,pedaqoji fakultənin dekanı dos.B.Apoyev,psixologiya kafedrasının müdiri dos.Z.Cavadova, müəllimlər şəhər ictimaiyyətinin nümayəndələri tələbələr iştirak etdilər.

Müasir dərs konsepsiyasının əsas məsələləri:Mövzunun aktuallığını əsaslandıran məruzəçi dos.C. İbrahimov qeyd etdiki,hazırda müstəqil respublikamızın inkişaf parametrlərini müəyyən edən qərarlar:”Azərbaycan 2020 gələcəyə baxış” inkişaf konsepsiyası,Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə  təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında öz əksini tapan vəzifələr mühüm Proqram sənədi kimi qarşıya qoyulmuşdur.

Qeyd olundu ki,müasir məktəb zamanın tələbinə uyğun olaraq dəyişir.Artıq inkişaf konsepsiyasına uyğun olaraq şagird və tələbələrin idrak fəallığını,ümumi inkişafını ləngidən mövcud “yaddaş məktəbindən”,təfəkkür və düşüncə məktəbi nə keçidin təmin olunması məqsədilə tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.

Öyrədici,tərbiyəedici və inkişafetdirici təlim məqsədləri olan təhsil sistemimiz şagird və tələbələrin yaradıcı təfəkkürünün davamlı inkişafı üçün ssitemli iş aparılmasına təminat verir.Müasir məktəb “ənənəvi didaktik sistem”dən “yeni pedaqoji təfəkkürə”onun başlıca ölçülərində öz əksini tapan müasir təhsil konsepsiyasına istiqamətlənir ki,bu da vüsətlə məktəb həyatının bütün sahələrinə nüfuz etməkdədir.

Müasir məktəb üçün yeni pedaqoji təfəkkürün alternativi yoxdur.Yeni pedaqoji təfəkkür konseptual modeldir,həm fəlsəfi həm də sosioloji fikrin uğurlarına əsaslanan elmi-metodiki konsepsiyadır və onun ana xəttini təhsilin humanistləşdirilməsi təşkil edir.Müasir dərs yeni pedaqoji təfəkkür ölçüləri ilə qurulmasına görə müasir olur.

Mühazirəçi dos.C.İbrahimov müxtəlif interaktiv təlim üsullarından istifadə etməklə dinləyicilərin diqqətini mövzunun mahiyyətinə cəlb edə bildi.Sonda geniş müzakirə olunan dərs dinləyicilər tərəfindən yüksək qiymətləndirildi.