Açıq dərs -b/m. Səbinə Cəfərova

03.11.2017-ci il tarixdə Pedaqoji fakültənin Məktəbəqədər təlim və tərbiyə ixtisasının I kursunda İngilis dili fənnindən baş müəllim Səbinə Cəfərovanın “”Sadə həyat” və “Heyrətamiz ideya” adlı mətn üzərində iş” mövzusunda açıq dərsi keçirildi.  Dərsdə müasir təlim metodlarından istifadə olundu. Dərsdə  rektorluğun səlahiyyətli nümayəndəsi dos. C. İbrahimov, fakültənin Tədrisin təşkil və təlim texnologiyaları üzrə dekan müavini  İ. Haqverdiyev və kafedranın bir qrup əməkdaşı iştirak etdi.