“GƏNCƏ MARAFONU – 2017”DƏ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN KOLLEKTİVİ YÜKSƏK FƏALLIQ GÖSTƏRİB

17.09.2017-ci il tarixdə ” Gəncə Marafonu-2017″ yüksək səviyyədə təşkilatçılıq şəraitində keçirilmişdir. Həmin marafonda Pedaqoji fakültənin professor-müəllim heyəti və 400-dən yuxarı tələbəsi fəal iştirak etmişdir. Fakültənin ibtidai sinif müəllimliyi ixtisasının II kurs tələbəsi Simuzər Hacıyeva qızlar arasında VI yer tutmuşdur. Bu münasibətlə tələbəmizi təbrik edir və ona yeni-yeni nailiyyətlər arzulayırıq!