Açıq dərs- Dos. Hüseyn Mehdiyev

Təhsilin pedaqogikası və metodikası kafedrasının dosenti Hüseyn Mehdiyevin IIkurs “İbtidai sinif müəllimliyi”  ixtisasında “Riyyaziyyatın ibtidai kursunun nəzəri əsasları” fənnindən “Faiz məsələləri” mövzusunda açıq dərsi olmuşdur. Dərs mühazirə formasında təşkil olunmuşdur. Dərsdə rektorun səlahiyyətli nümayəndəsi dosent Cavadov Elçin, Pedaqoji fakültənin tədrisin təşkili və təlim texnologiyaları üzrə dekan müavini dosent İlqar Haqverdiyev, Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri,dosent Allahverdi Quliyev və kafedranın digər əməkdaşları- b/m. Şərəf Əhmədova, b/m. Sveta Nuriyeva və b/m. iştirak etmişlər.