Açıq dərs- İradə Quliyeva

Musiqi fənləri kafedrasının müəllimi Quliyeva İradənin III kurs “Musiqi müəllimiyi” ixtisasında “Drijorluq və OTM” fənnindən “Mürəkkəb ölçülərdə drijorluq” (iri həcmli əsərlər üzərində iş) mövzusunda açıq dərsi keçirilmişdir. Dərsdə fərdi məşğələ formasında, müasir texniki vasitələrdən istifadə olunmaqla təşkil edilmişdir. Dərsdə rektorun səlahiyyətli nümayəndəsi dosent Elçin Cavadov, Pedaqoji fakültənin tədrisin təşkili və təlim texnologiyaları üzrə dekan müavini dosent İlqar Haqverdiyev, Musiqi fənnləri kafedrasının əməkdaşları- b/m. Seyfullayeva Nüşabə, b/m. Rəşidə Məmmədova, b/m. Gültəkin Məhərrəmova, müəllim Günay tağıyeva, müəllim Svetlana Abbasova, müəllim Mücaid Qarayev və konsertmeystr Fəridə Fərəcli iştirak etmişdir.