Sabiq əməkdaşla görüş

Psixologiya kafedrasının müdiri, dosent Zümrüd Cavadovanın təşəbbüsü ilə  Psixologiya kafedrasında uzun müddət baş müəllim vəzifəsində çalışmış, (hazırda təqaüddə olan) sabiq əməkdaş Ceyran Hüseynova ilə kafedra əməkdaşlarının görüşü keçirilmişdir. Görüşün iştirakçıları müəllimə ilə bağlı xatirələrini bölüşmüşlər.