Beynəlxalq Tələbə Günü

Bu günlərdə Pedaqoji fakültə TGT-nin təşkilatçılığı GDU TGT-nin dəstəyi  ilə universitetin böyük Akt zalında tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan fakültə dekanı dos. B. Apoyev tələbələri təbrik etdi və tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi. Tədbirdə iştirak edən humanitar məsələlər üzrə prorektor G.Fətəliyeva  da fakultə tələbələrini təbrik edərək onlara təhsildə yeni uğurlar arzuladı.Sonra fakultə tələbələri və dəvət olunmuş qonaqların iştirakı ilə geniş konsert proqramı reallaşdı.Tədbir tələbələr tərəfindən böyük maraq və ruh yüksəkliyi ilə qarşılandı.Tədbirin sonunda fakultənin bir qrup tələbəsi ictimai fəallığına görə “Fəxri Fərman” la təltif olundu.